20-23 noyabr tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 21 yaşadək idmançılar arasında taekvondo üzrə Avropa çempionatı keçirilir.

QHT.az xəbər verir ki, ölkəmizi bu mötəbər yarışda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə milli komandanın məşqçiləri Elnur Amanov və Rəşad Məmmədov təmsil edir. Yarışda Azərbaycanın 10 oğlan və 8 qız idmançısı iştirak edir. Əlavə olaraq, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edir.

Qeyd edək ki, 74 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elcan Əliyev də gücünü sınayacaq. İdmançılarımıza uğurlar arzulayırıq!

 

Pərvanə Fərhadqızı