Asiyanın ən varlı adamı Mukeş Ambani, oğlunun toyu üçün inanılmaz miqdarda, 320 milyon dollar sərf edəcək. Toy, dünyanın texnoloji rəhbərlərini, sənaye titanlarını, Bollivud və pop ulduzlarını, yüksək səviyyəli siyasətçiləri bir araya gətirəcək. Qonaqlar arasında Devid və Viktoriya Bekhem, Boris Conson, Toni Bleyr və digər məşhur simalar olacaq.

QHT.az xəbər verir ki, toy mərasimi Mumbaydakı Jio Dünya Konfrans Mərkəzində ənənəvi hindu ritualları ilə keçiriləcək və ardından təntənəli qəbul təşkil olunacaq. Qonaqlar üçün 100 aşpaz tərəfindən Hindistan və Avropa delikatesləri hazırlanacaq, toyda Lana Del Rey, Drake və Adel çıxış edəcəklər. Ambani ailəsi yüksək səviyyəli qonaqlarını daşımaq üçün xüsusi təyyarələr və dəbdəbəli yaşayış yerləri təmin edib.

 

Pərvanə Fərhadqızı