ADA Universiteti Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “bp” “AGT”, “GL Group” və “KOLİN Azərbaycan” ilə tərəfdaşlıq çərçivəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi 18-ci Bakı Yay Enerji Məktəbi (BSES) fəaliyyətini davam etdirir.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən BMTİP-nin ətraf mühit layihələri üzrə milli koordinatoru, iqlim dəyişikliyi və enerji səmərəliliyi üzrə ekspert və COP29 üzrə məsul şəxs Nazim Məmmədov enerji səmərəliliyi, qənaət və dayanıqlılıq haqqında danışıb. Xəzər dənizinin karbohidrogen tarixinin rolu, onun qlobal enerji inkişafı baxımından əhəmiyyəti, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması istiqamətində ölkənin həyata keçirdiyi dayanıqlı inkişafa keçid prosesinin önəmi vurğulanıb.
BSES dünyanın müxtəlif yerlərindən olan dövlət və özəl sektor liderləri ilə görüşmək və onlarla bir araya gəlmək üçün geniş imkanlar təqdim edir. İştirakçılar əsas məruzəçi olan nazirlər, məşhur alimlər, tədqiqatçılar və regiondakı enerji şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə qlobal çağırışları müzakirə etmək şansı əldə edir.






