"Aprel" döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov vəfat edib.
QHT.az xəbər verir ki, "Aprel döyüşləri"nin son şəhidi olan polkovnik-leytenant Sənan Axundov 2016-cı il aprelin 18-də Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, zabitimizin həyatını xilas etmək mümkün olmayıb.
QHT.az mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.










