Bu gün Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda  “Anti-mikrobial Davamlılıq” mövzusunda Yüksək səviyyəli siyasi müzakirədə iqlim dəyişikliyi və antimikrob müqavimətinin qlobal təsirləri müzakirə olunur.

QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvanə Vəliyeva məruzəçi, moderator qismində və Azərbaycan Respublikası Milli Məclisinin üzvü İlham Məmmədov, Keniya Parlamentinin üzvü Stephen Mutinda Mule, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Müşfiq Məmmədli, Zambiya Parlamentinin üzvü Christopher Kalila, Kamerun Parlamentinin üzvü Ngayap Pierre Flambeau iştirak edirlər.