Almaniya Rusiyanı ABŞ ilə imzaladığı Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) qayıtmağa çağırıb.
QHT.az xəbər verir ki, Cenevrədə BMT-nin Silahsızlanma Konfransında çıxış edən Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok bildirib ki, Yeni START ABŞ və Rusiya arasında qalan nüvə silahlarına nəzarət üzrə sonuncu sazişdir.
Rusiyanı bu mövzuda ABŞ ilə dialoqu davam etdirməyə dəvət edən Baerbok, Yeni START-ın ikitərəfli müqavilə olduğunu da xatırladıb və “Ancaq bu müqavilə həm də planetdəki hər bir dövlət üçün qlobal sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Biz Vladimir Putini Yeni START-a qayıtmağa və saziş üzrə ABŞ ilə dialoqu yenidən başlamağa çağırırıq. Mən ürəkdən inanıram ki, bu, bütün dünyada bizə fayda verəcək”. dedi.
Baerbok həmçinin BMT İnsan Hüquqları Şurasının Ukrayna üzrə araşdırma komissiyasının mandatının uzadılmasını istəyib.
Rusiya prezidenti Vladimir Putin ölkəsinin qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə Yeni START sazişində iştirakını dayandırdığını açıqlayıb.












