Finlandiya ölkənin şərqində Rusiya sərhədində yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlanıldığını açıqlayıb.
QHT.az xəbər verir ki, Finlandiya Sərhəd Mühafizəsi tərəfindən edilən açıqlamada, söz mövzusu maneə tətbiqinin pilot mərhələdə olduğu bildirilib.
Bu gün meşələrin təmizlənməsi ilə işlərə başlanıldığı bildirilən açıqlamada İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlanılıb. Yol tikintisinə və hasarın quraşdırılmasına mart ayında başlanacaq. Daha sonra texniki nəzarət sistemi qurulacaq. Pilotun iyunun sonunda başa çatdırılması gözlənilir” ifadələrdən istifadə edilmişdir.
Açıqlamada qeyd olunub ki, sözügedən layihə üçün hökumət tərəfindən ayrılan vəsait 70 kilometrlik səddin üçün istifadə olunacaq.












