Yeni bir araşdırma kədər və bioloji qocalma arasında əlaqə tapıb. Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbində aparılan tədqiqat, sevilən birinin itkisinin bioloji qocalmanı sürətləndirə biləcəyini göstərib.

QHT.az xəbər verir ki, araşdırmanın aparıcı müəllifi Allison Aiello, valideynini, partnyorunu, bacısını və ya uşağını itirən insanların, olmayanlara nisbətən daha sürətli bioloji qocalma əlamətləri göstərdiklərini bildirib. Tədqiqat, uşaqlıqdan yetkinliyə qədər olan ömür boyu itkilərlə bioloji qocalma arasında güclü əlaqə aşkar edib. Bioloji qocalma, epigenetik saatlar adlanan DNT markerləri ilə müəyyən edilir. Məlumatlar 1994-95-ci illərdə başlayan Yeniyetmələrin və Yetkinlərin Sağlamlığının Uzunlamasına Tədqiqatından əldə edilib. İtkilər iki qrupa bölünüb: uşaqlıq və ya yeniyetməlik dövründə (18 yaşa qədər) və yetkinlik dövründə (19-43 yaş) baş verənlər.

Tədqiqat nəticələrinə görə, itkilərin sayı artdıqca bioloji qocalma sürətlənir. Xüsusilə yetkinlik dövründə iki və ya daha çox itki yaşandıqda təsir daha nəzərə çarpır. Aiello, itkinin psixi sağlamlıq problemləri, koqnitiv çətinliklər və ürək xəstəlikləri riskini artırdığını, bu təsirlərin uzun müddət davam edə biləcəyini vurğulayıb. Uşaqlıq və yeniyetməlik dövründə yaşanan itkilərin sağlamlıq üzərində daha şiddətli təsirə malik olduğu qeyd edilib.

 

Pərvanə Fərhadqızı