Ahılların asudə vaxtının səmərəli təşkili – MASALLI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Kino günü” ilə bağlı Lənkəran-Astara regional filialının Masallı şəhərində evdə (səyyar) sosial xidmət göstərilən ahılların asudə vaxtının təşkili ilə bağlı tədbir keçirilib. 
QHT.az xəbər verir ki, ahıllar bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında kinorejissor Hüseyn Seyidzadə tərəfindən çəkilən, ilk rəngli film “O olmasın, bu olsun” filminə baxıblar.
Tədbirin sonunda çay süfrəsi arxasında film haqqında təəssüratlarını bölüşən ahıllar gənclik illərində izlədikləri kinolar haqqında danışıblar.