Astronomlar bunun iki planetin toqquşmasının nəticələri ola biləcəyini ehtimal edirlər.
QHT.az xəbər verir ki, təkcə planetlər deyil, buz nəhəngləri də var. Ehtimal olunur ki, toqquşma nəticəsində yaranan dağıntılar sonda soyumuş və tamamilə yeni bir planet əmələ gətirmiş ola bilər. Müşahidə təsdiqlənərsə, bu, real vaxt rejimində yeni dünyanın doğulmasını izləmək və planetlərin necə əmələ gəldiyinin sirrini açmaq üçün heyrətamiz imkan verəcək.
2021-ci ilin dekabrında astronomlar Günəşə bənzər qeyri-adi ulduzu müşahidə edərək onun parıldamağa başladığını gördülər. Bir neçə ay ərzində bu ulduzun görünən işığı dəyişməyə davam etdi. Bəzən o, demək olar ki, yox olur, sonra isə əvvəlki parlaqlığına qayıdırdı.
Alimlər hesabladılar ki, toqquşan planetlərin hər birinin kütləsi Yerdən bir neçə dəfə böyük olmalıdır. Zərbədən sonra istiliyin təxminən 700° C olduğu güman edilir. Temperatur çox aşağı olduğu üçün toqquşan cisimlər tamamilə daş və metaldan ibarət ola bilməzdi. Buna görə də astronomlar toqquşan planetlərin Uran və Neptun kimi buz nəhəngləri olduğunu irəli sürürlər.
Qeyd edək ki, alimlərin təxminləri təsdiqlənərsə, bu, dünyada ilk belə kəşf olacaq.
Pərvanə Fərhadqızı












