Avropa İttifaqı münaqişələr, təbii fəlakətlər və digər böhranlardan zərər çəkən əhali üçün təxminən 710 milyon avroluq humanitar yardım paketi açıqlayıb. Vəsaitin böyük hissəsi Afrikanın cənubundakı ölkələrə yönəldiləcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, paket çərçivəsində Suba-Sahara Afrikasında miqrasiya ilə bağlı tədbirlərə 380 milyon avro ayrılması nəzərdə tutulur. Bu vəsait həssas vəziyyətdə olan miqrantların müdafiəsi, könüllü qayıdış və reinteqrasiyanın dəstəklənməsinə yönəldiləcək.
Bundan əlavə, humanitar böhranlara cavab üçün 252 milyon avro nəzərdə tutulub. Bunun 97 milyon avrosu Sub-Sahara Afrikasında ərzaq çatışmazlığı, qidalanma problemləri, münaqişələr və iqlim təsirlərinin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Fələstin əraziləri və Livandakı həssas əhali üçün 103 milyon avro, Ukraynada isə humanitar yardım və qışa hazırlıq tədbirləri üçün 52 milyon avro ayrılması planlaşdırılır.
Konqo Demokratik Respublikasında Ebola ilə mübarizəyə də 7,5 milyon avro ayrılacaq.












