Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi yekunlaşıb.
Bu barədə təşkilatın sədri və layihə rəhbəri Möhübbəli Nağıyev QHT.AZ saytına açıqlamsında bildirib.
Təşkilat sədri qeyd edib ki, fəaliyyət planına uyğun olaraq, layihə çərçivəsində regionda turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla, tur operator və tur agentlərlə, eləcə də regionda istirahətdə olan yerli qonaqlarla, ümumilikdə 104 nəfər respondentlə sorğular aparılmış, çox sayda sahibkarlarla və iş adamları ilə görüşlər təşkil olunmuş, bir neçə mehmanxanalarda və mehmanxana tipli müəssisələrdə müşahidələr aparılmışdır.
Sorğuların və görüşlərin nəticələri və əldə olunan arzu və təkliflərin müzakirələri məqsədi ilə 3 konfrans (dəyirmi masa, ictimai dinləmə və yekun hesabatlarının müzakirəsi) təşkil olunmuşdur. Ümumiyyətlə, layihə çərçivəsində respondentlər və iştirakçılar tərəfindən səsləndirilən arzu və təkliflər ictimai dinləməyə təqdim olunmuş və əldə olunan təkliflər qruplaşdırılaraq Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə hesabat şəklində təqdim olunacaqdır. Layihə çərçivəsində səsləndirilən təkliflərdən ən əsası, turizm sənayesində fəaliyyət göstərən və turizm məhsul və xidmətləri ilə məşğul olan sahibkarların və bu sahədə işləyən işçilərin maarifləndirilməsindən ibarət oldu.
Bununla bağlı “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi öz strateji planında növbəti illər üçün dəyişiklik edərək, bu təkliflərin həyata keçirilməsi məqsədi ilə layihələrin hazırlanmasına başladı. Artıq, layihənin analiz hesabatı tam hazırlanmış və təsviri hesabatın da hazırlanması proseslərinə start verilmişdir. Hazırda hesabatların təqdimatı üçün son günlər qalır. Ümid edirik ki, bu layihə nəticələri əsasında həm Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və həm də Dövlət Turizm Agentliyi təqdim edəcəyimiz layihələrin maliyyələşməsi istiqamətində müsbət rəylər verər. Əminəm ki, Regionumuzun iqtisadi inkişafı üçün ən əsas sahələrdən biri olan regional turizmin inkişafı məqsədi ilə daha iri miqyaslı layihələr həyata keçiriləcək və son illərdə pandemiya və müharibələrin mənfi təsirlərinə məruz qalan bu sektor yenidən dirçələcək, regional turizm sektoru beynəlxalq səviyyədə inkişafı edəcək.












