“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Ağdam rayonunda uğurla davam etdirir. 
 

01.03.2023-cü il tarixində Ağdami rayonu Quzanlı qəsəbəsində  orta  məktəbində layihə çərçivəsində  “Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi.   Tədbiri giriş sözü ilə Ağdam RİH dən Xəyalə xanım açdı. O,erkən nigah v fəsadları barədə ətraflı məlumat verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra  layihənin məqsədlərini açıqladı.
Ekspertlər erkən nigahın fəsadlarından ətraflı danışdılar.Bildirdilər ki, “yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd etdilər. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

 

Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı.Uşaqların gələcəkdə uğur qazanması üçün təhsil almalarını yaxud da peşəyə yiyələnmələrini tövsiyə etdi . 
Sonda müzakirələr oldu. Məktəbin direktoru və müəllimlər Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdi.
 İştirakçılar hamılıqla erkən nigaha yox dedilər.