ABŞ-ın Ostin şəhərindən Almaniyanın Frankfurt şəhərinə gedən sərnişin təyyarəsini ildırım vurub. Paytaxt Vaşinqtonda məcburi eniş edən təyyarədə olan 7 sərnişin yaralanıb.
QHT.az xəbər verir ki, ABŞ-ın Texas ştatının paytaxtı Ostin şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan Lufthansa Hava Yollarına məxsus sərnişin təyyarəsinə ildırım düşüb.

Çox sayda şüşənin sındığı və sərnişinlərin panikaya düşdüyü hadisədən sonra təyyarə yerli vaxtla saat 21:00-da paytaxt Vaşinqton-Dulles Beynəlxalq Hava Limanına enib.

Qəzada yaralanan 7 sərnişin xəstəxanaya sövq edildi. Sərnişinin paylaşdığı fotolarda təyyarənin içindəki bir çox əşyanın yerə səpələndiyi görülüb. Hadisə ilə bağlı Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən araşdırma başladılıb.