Fransanın AFP xəbər agentliyinə danışan mənbələr zəlzələdən istifadə edən ən azı 20 məhbusun Türkiyə-Suriya sərhədindəki həbsxanadan qaçdığını iddia edib.

QHT.az xəbər verir ki, Fransanın AFP xəbər agentliyi Türkiyə-Suriya sərhədindəki həbsxanadan ən azı 20 məhbusun qaçdığını açıqlayıb. Agentliyə danışan mənbələr məhbusların Türkiyə-Suriya sərhədinə yaxın Afrində həbsxanadan qaçdığını açıqlayıb.

Zəlzələnin həbsxanaya ziyan vurduğu bildirilib və bu şəxslərin İŞİD üzvü olduğu təxmin edildiyi qeyd edilib.

Həbsxanada 200-ə yaxın məhbusun olduğu və onlardan 1300-nün İŞİD üzvü olduğu bildirilib və zəlzələnin həbsxananın divar və qapılarına ziyan vurduğu bildirilib.