Müzəffər Azərbaycan Ordusunun Zəngilan şəhərini işğaldan azad etməsindən 3 il ötür.
QHT.az xəbər verir ki, Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “20 oktyabr – Zəngilan şəhəri günü” elan edilib.
Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızı öz gücümüzə yenidən qururuq, eləcə də Zəngilan torpağında həyat qururuq. Qarabağa “Böyük Qayıdış”da məhz Zəngilandan başlamışdır. Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk. Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.
Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!
Pərvanə Fərhadqızı










