Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun təşəbbüsü ilə Mediasiya Şurasında aparılan audit yoxlamalarının nəticələri üzrə Mediasiya Şurasının İdarə Heyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
QHT.az xəbər verir ki, aparılan audit yoxlamaları nəticəsində məlum olmuşdur ki, 14 nəfər mediatorun Mediasiya Şurasına üzvlük haqqı borcları formalaşıb. Aparılan audit yoxlamalarının nəticələrini və audit rəyini nəzərə alaraq Mediasiya Şurasının İdarə Heyəti Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununun 17.2.10-cu maddəsinə əsasən 14 mediatorun üzvlüyünə xitam verib.
Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 386 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydaya uyğun olaraq həmin mediatorlar mediasiya reyestrindən çıxarılıb.










