Fransada iyunun sonundakı iğtişaşlar zamanı saxlanılan şəxslərə artıq 1200- dən çox hökm çıxarılıb, onların yarıdan çoxu real həbs cəzası alıb.
QHT.az xəbər verir ki, məhkəmələr artıq iğtişaşçılara qarşı 1278 hökm çıxarıb, onların 95 %-i günahkardır.
1056 nəfərə azadlıqdan məhrum etmə cəzası verilib, onlardan 742 nəfərə real müddətə, orta hesabla 8,2 ay cəza verilib. Yetkinlik yaşına çatmayan cinayətkarların işində valideynlər məsuliyyətə cəlb olunacaq.
Xatırladaq ki, demək olar ki, bir həftə davam edən iğtişaşlar dalğasına yol nəzarəti zamanı polis tərəfindən atəş açılan yeniyetmənin ölümü səbəb olub. Sığortaçılar itkiləri ən azı 650 milyon avro qiymətləndirirlər.
Pərvanə Fərhadqızı












