Xəbərlər 10.06.2025 10:34 43

"Ədalətli mövqeyi qorumaq ən önəmli məsələdir" - Elşad Məmmədov / VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov REAL TV-nin "Obyektiv" verlişində çıxış edərək, nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın missiyası və qarşısında duran məqsədlər barədə fikirlərini bölüşüb.

Elşad Məmmədov bildirib ki, İctimai Şuranın əsas məqsədi ictimaiyyət nümayəndələri ilə əhalinin müxtəlif kateqoriyalarına aid şəxslərlə görüşlər keçirərək, onların problemləri ilə bağlı müvafiq tədbirlər həyata keçirməkdir. O, həmçinin qeyd edib ki, son illər ərzində dövlət qurumları, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), vətəndaş qəbulu və ictimaiyyətlə əlaqələr baxımından böyük irəliləyişlər əldə edib. Bu qurumlar, həmçinin daha çox şəffaflıq və açıq əlaqələr ilə fəaliyyət göstərirlər.

O, bəzi hallarda qurumların qərarlarının müdafiə edilməsinin ictimaiyyət tərəfindən korporativ maraqlar kimi şərh olunduğunu vurğulayıb: "Bu, bir reallıqdır və biz bunu qarşılamalıyıq. Qurumu müdafiə edən ictimaiyyət nümayəndələrinin davranışları bəzən səhv başa düşülə bilər. Əgər qurumun nümayəndəsi, məsələn, ‘bu bizə aid deyil’ desə, bu halda belə bir fikir formalaşır ki, qurum öz maraqlarını müdafiə edir. Burada ən vacib olan ədalətli mövqeyin qorunmasıdır."

Elşad Məmmədov əlavə edib ki, İctimai Şura fəaliyyətində verilən cavablar əsaslı və istinadlarla dəstəklənməlidir: "Şikayət edən şəxslərin sahə ilə bağlı məlumatları olmur. Bu zaman, biz cavabları yalnız rəsmi məlumatlar və istinadlarla veririk ki, ictimaiyyətin narazılığına səbəb olan məsələlərdə təklif etdiyimiz həllər daha da aydın olsun və narahatlıq yaradan problemlər sakitləşsin."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı