Xəbərlər 10.06.2025 08:53 128

"Təmiz Gələcək: Orqanik İstehsal və Aqrar İnnovasiyalar" layihəsinin icrasına start verildi

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Ekoloji və Aqrar İnkişafa Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 01 iyun - 31 avqust 2025-ci il tarixlərində "Təmiz Gələcək: Orqanik İstehsal və Aqrar İnnovasiyalar" layihəsinə start verilmişdir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində Gəncə, Ağstafa, Samux və Göy-Göl rayonlarında hər tədbirdə 15 nəfərin, ümumilikdə isə 60 nəfərin iştirakı ilə sağlam qida, orqanik məhsul və aqrar sahədə iqlim dəyişikliklərinə əhalinin inteqrasiyası mövzusunda maarifləndirici tədbirlər həyata keçiriləcəkdir. Layihənin məqsədi xüsusilə aqrar sahənin inkişafında əhalinin aktiv iştirakını təmin etmək və orqanik məhsulların yetişdirilməsini təşviq etməkdir. Post-COP dövründə kənd təsərrüfatı sahəsində yeni innovasiyalar haqqında məlumatların çatdırılması və iştirakçıların interaktiv iştirakının təmin edilməsi də nəzərdə tutulur. İştirakçılar arasında əlaqələrin qurulması və layihənin davamlılığının təmin edilməsi məqsədilə icmaların yaradılması layihənin əsas hədəflərindən biridir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı