Xəbərlər 10.06.2025 00:32 144

QHT  “Azərbaycan və Özbəkistanın mədəni irsi” layihəsinin icrasına başladı

Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi layihəsinin icrasına başladı.

QHT.az xəbər verir ki, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında mədəni mübadiləni gücləndirmək, iki ölkənin zəngin sənətkarlıq ənənələrini tanıtmaq və qarşılıqlı təcrübə mübadiləsini təmin etməkdir. Sənətkarlığın inkişafı ilə bağlı yeni ideyaların və əməkdaşlıq imkanlarının ortaya çıxmasına zəmin yaratmaq, Özbəkistanda keçiriləcək Forum, emalatxanalarda görüşlər, sərgi və masterklass ilə sənətkarlıq sahəsindəki ənənəvi və müasir yanaşmaları nümayiş etdirmək, həmçinin, bu sahədəki bacarıqlarını yerli sənətkarlara ötürmək hədəflənir.

Layihə 5 ay müddətində həyata keçiriləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı