Xəbərlər 04.06.2025 10:43 59

Mikayıl Müşfiqin xatirə muzeyi ilə bağlı müvafiq abadlıq işləri aparılıb - FOTOLAR

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi 5 iyun - şairin doğum günündə yenidən ziyarətçilərini qəbul edə biləcək.

QHT.az xəbər verir ki, belə ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə Mikayıl Müşfiqin xatirə muzeyinin ətrafındakı yolda təmir-bərpa işləri aparılıb. Qeyd edək ki, intensiv yağan yağışlardan sonra ərazidəki çayın daşması və körpünün uçması nəticəsində muzeyə gedən yol tamamilə yararsız hala düşmüşdü. “Regional İnkişaf” İctimai Birliyinə bununla bağlı daxil olan müraciətə əsasən, ərazidə müvafiq işlərin aparılmasına dəstək göstərilib və muzeyə gedən yol sel sularından sonrakı iri daşlardan təmizlənərək asfaltlanıb. Bununla da ziyarətçilərin muzeyə rahat gediş-gəlişi təmin olunub.

Şairin doğum günü ərəfəsində xatirə muzeyində ekspozisiyanın qurulmasında da dəstək göstərilib və artıq muzey ziyarətçilərini qəbul etməyə hazırdır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı