Xəbərlər 27.05.2025 09:35 216

100 il əvvəl batan sualtı qayıq tapıldı

San Dieqo sahillərində tədqiqatçılar 1917-ci ildə batmış ABŞ sualtı gəmisi USS F-1-in unikal görüntülərini çəkiblər.

QHT.az xəbər verir ki, fəlakət 19 dənizçinin həyatına son qoyub. Müasir “Alvin” və “Sentry” sualtı vasitələrindən istifadə edilərək təxminən 400 metr dərinlikdə yerləşən gəminin vəziyyəti sənədləşdirilib. Həmçinin, 1950-ci ildə qəzaya uğrayan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus torpedo təlim təyyarəsi də araşdırılıb. Ziyarət zamanı 19 dənizçi xatirəsinə zəng çalınıb, dağıntıların xəritələri hazırlanıb, qalıqlar foto və videolarla sənədləşdirilib.

Digər tərəfdən, Kanadada 8 yaşlı uşaq metal detektoru ilə 1856-cı ildə batmış “Sent Antoni” gəmisinin metal hissələrini tapıb. Keniyada isə arxeoloqlar portuqaliyalı naviqator Vasko da Qamanın son ekspedisiyasına aid gəmi qalıqlarını aşkar ediblər.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı