Xəbərlər 10.04.2025 15:32 88

Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının rəhbərləri DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Ölkəmizdə səfərdə olan Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar. 

 

Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara müəssisənin fəaliyyəti barədə məlumat verib. 

 

Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplardan olan, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində işlər aparılır. 

 

Mərkəzin benefisiarları burada 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilməklə yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir. 

 

A.Kosa və İ.Stavrakakis Mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işlərinə baxıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı