Xəbərlər 16.05.2025 16:27 88

“Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilir

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilir.

QHT.az xəbər verir ki, açılış mərasimində UNEC-in prorektoru dos.Gəray Musayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) sədri Közhan Yazgan və Özbəkistanın universitetinin rektoru Curatbek Atacanov çıxış ediblər.

Konfransda Türk Dünyası ölkələri arasında sosial-iqtisadi əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmalar və gələcək strategiyalar müzakirə olunur.

Tədbir iki gün davam edəcək. Konfransın panel sessiyalarında Türk Dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü, informasiyanın idarəedilməsi və süni intellekt, gənclər və iqtisadi inkişaf, yeni nəsil sahibkarlıq və startaplarla bağlı müzakirələr aparılacaq.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı