Xəbərlər 14.04.2025 13:59 97

BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı