Xəbərlər 11.04.2025 20:33 378

"İlk dəfə həkim və pasiyentlərin veloyürüşü təşkil olunacaq"- Ayaz Hüseynov

Dünya Hemofiliya Günü münasibətilə ölkəmizdə bir sıra maarifləndirici və ictimai tədbirlər həyata keçirilir.

QHT.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynovun verdiyi məlumata görə, bu çərçivədə aprel ayı ərzində müxtəlif formatlarda silsilə tədbirlər keçirilir:

"Növbəti belə təşəbbüs 27 aprel 2025-ci il tarixində baş tutacaq. TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək".

Ayaz Hüseynov bildirib ki, bu formatda veloyürüş ölkəmizdə ilk dəfə təşkil olunur və əsas məqsəd hemofiliya ilə yaşayan şəxslərlə həkimlərin həmrəyliyini nümayiş etdirmək, eyni zamanda xəstəliyin idarə olunmasında fiziki aktivliyin – xüsusilə də velosiped sürməyin – əhəmiyyətini vurğulamaqdır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı