Xəbərlər 10.04.2025 15:17 123

OpenAI İlon Maska qarşı məhkəmə iddiası qaldırıb

OpenAI milyarder İlon Maska qarşı məhkəmə iddiası qaldırıb. Şirkət onu şəxsi maraqları naminə OpenAI-nin inkişafını qəsdən ləngitməkdə və süni intellekt innovasiyalarına nəzarəti ələ keçirməyə çalışmaqda ittiham edir. Bu barədə OpenAI-nin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

QHT.az xəbər verir ki, açıqlamada bildirilir ki, Maskın hərəkətləri “OpenAI-nin irəliləyişini ləngitmək və şəxsi mənfəəti üçün AI sahəsində nəzarəti ələ keçirmək məqsədi daşıyır”. Şirkət iddia edir ki, Mask heç vaxt OpenAI-yə dəstək göstərməyib, əksinə onu Tesla ilə birləşdirərək kommersiya müəssisəsinə çevirmək istəyib. “Onun öz e-poçtları buna şahidlik edir”, – deyə qeyd olunub.

Qeyd edək ki, Mask 2024-cü ildə OpenAI-nin kommersiya modelinə keçməsini qadağan etmək üçün məhkəməyə müraciət etmişdi. Lakin onun vəsatəti rədd olunmuş, işin mahiyyəti üzrə baxılması qərara alınmışdı. Daha sonra Mask şirkəti 97,4 milyard dollara almaq istəsə də, bu təklifi direktorlar şurası rədd edib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı