Milli Qəhrəmanımız Samid İmanov və yoldaşlarının şücaəti haqqında QHT sədri danışdı / VİDEO
Aprel döyüşlərinin iştirakçısı olmuş Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanov – qəhrəmanlığı, vətənə sədaqəti və əzmi ilə yaddaşlara həkk olunmuş igidlərimizdəndir. Onun və digər iki qəhrəmanın həyat yolu “Bir qəsəbənin üç Milli Qəhrəmanı” sənədli filmində öz əksini tapıb.
"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a bildirib ki, film Azərbaycanın Neftçala rayonunun Həsənabad qəsəbəsindən olan üç Milli Qəhrəman Zakir Məcidov, Samid İmanov və Camal Məmmədovun həyat və şücaətlərinə həsr olunub: "Onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardıqları mübarizə, göstərdikləri igidlik bu ekran işində dolğun şəkildə təqdim olunur. Sənədli film ilk dəfə 2022-ci ilin iyul ayında Neftçalada ictimaiyyətə təqdim olunub. Filmin yaradıcı heyəti qəhrəmanların ailə üzvləri və döyüş yoldaşları ilə müsahibələr aparıb, arxiv materialları və fotoşəkillərdən istifadə edərək onların həyat yolunu tamaşaçıya çatdırmağa nail olub. Bu sənədli film vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın xatirəsinin yaşadılması baxımından əhəmiyyətlidir".
Pərvanə Fərhadqızı
QHT.az