Xəbərlər 01.04.2025 14:40 140

Kür çayında və su anbarlarında sənaye balıq ovuna moratorium tətbiq ediləcək- Professordan AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar 1 aprel 2025-ci il tarixindən etibarən Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium tətbiq ediləcək.

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədovun QHT.az-a verdiyi açıqlamaya görə, bu qərar balıqçılıq təsərrüfatının inkişafına, su bioresurslarının qorunmasına və kürü istehsalına müsbət təsir göstərəcək. Lakin moratoriumla yanaşı, digər tənzimləyici tədbirlərin də həyata keçirilməsinin vacibliyini vurğulayan professor qeyd edib ki, ölkədə balıq sənayesinin dayanıqlı inkişafı üçün idxaldan asılılığın azaldılması və yerli məhsul istehsalının təşviq olunması istiqamətində addımlar atılmalıdır.

"Bu sahənin inkişafı yalnız bazar subyektlərinin öhdəsinə buraxılmamalıdır. Dövlət tərəfindən dəstəkləyici tədbirlər görülməzsə, bu, balıqçılıq təsərrüfatına mənfi təsir göstərə bilər. Buna görə də moratoriumun tətbiqi ilə yanaşı, digər tənzimləyici mexanizmlər də işə salınmalıdır," – deyə Elşad Məmmədov bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı