Xəbərlər 01.04.2025 10:51 123

Maskın departamenti fəaliyyətini dayandıracaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, Elon Musk-ın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) "müəyyən bir nöqtədə" fəaliyyətini dayandıracaq.

QHT.az xəbər verir ki, o, qeyd edib ki, Musk yalnız 130 gün ərzində xüsusi dövlət işçisi kimi fəaliyyət göstərəcək və daha sonra öz şirkətinə qayıtmaq istəyəcək. Tramp milyarderin istedadlı olduğunu vurğulayaraq, onun əvəzsiz töhfələr verdiyini bildirib.

Tramp əlavə edib ki, müəyyən bir məqamda federal agentliklər DOGE-nin funksiyalarını öz üzərlərinə götürəcəklər və departamentin fəaliyyətinə ehtiyac qalmayacaq.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı