"Çağdaş Danimarka poeziyası" antologiyasının təqdimatı və poeziya gecəsi keçirilib
Səməd Vurğunun ev-muzeyində Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə "Çağdaş Danimarka poeziyası" antologiyasının təqdimatı və "Danimarka poeziyası gecəsi" keçirilib.
QHT.az xəbər verir ki, bu barədə şair, tərcüməçi, publisist Səlim Babullaoğlu məlumat verib. Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub:
"Təqdimat və poeziya gecəsində Danimarkadan gələn şair və tərcüməçilər Niels Hav və Hüseyn Duygun iştirak ediblər. Sabahı gün tədbir iştirakçıları AZTV-nin "Səhərçağı" verilişinin qonağı olublar."
Pərvanə Fərhadqızı