Xəbərlər 14.03.2025 20:46 249

Şəhidimiz Ruslan İmanquliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan İmanquliyev 1996-cı ilin 14 mart tarixində Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2019-cu ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ruslan İmanquliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı