Xəbərlər 26.02.2025 11:46 171

Trampın "qızıl kart" planı: kim və nə qədər ala bilər?

ABŞ prezidenti etiraf edib ki, kartlar rus oliqarxları üçün də olacaq, onların arasında “çox gözəl insanlar” var.

QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp varlı əcnəbilərə ABŞ-da yaşamaq və işləmək hüququ verəcək “qızıl kartlar”ın tətbiqini elan edib. 5 milyon dollara satılacaq bu kart EB-5 immiqrant investor viza proqramını əvəz edəcək. Ticarət naziri Hovard Lutnikin sözlərinə görə, alıcılar xüsusi yoxlamadan keçməlidirlər.

Tramp kartların satışının iki həftə ərzində başlanacağını və milyonlarla ədəd satılacağını iddia edib. Rus oliqarxlarına satış məsələsinə cavabında "Bəli, bəlkə. Mən çox gözəl insanlar olan bəzi rus oliqarxlarını tanıyıram" deyə bildirib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı