Xəbərlər 19.02.2025 12:43 194

UNEC beynəlxalq səviyyədə növbəti uğura imza atıb

Yaradılmasının 95-ci ilində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq səviyyədə növbəti uğura imza atıb.

QHT.az xəbər verir ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının “QS Stars” reytinq qiymətləndirməsinin nəticələrinə əsasən, UNEC 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Bu reytinq UNEC-in yüksək akademik göstəricilərini, elmi potensialını, tələbə məmnuniyyətini və qlobal arenada rəqabət qabiliyyətini bir daha təsdiqləyir.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir. Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.

Bu böyük nailiyyət münasibətilə bütün UNEC ailəsini təbrik edirik!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı