Xəbərlər 22.01.2025 12:06 126

Bu gün qəhrəman şəhidimiz Albaba Xanəliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Albaba Xanəliyev 2002-ci il yanvar 22-də Salyan rayonunun Təzəkənd kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ildən həqiqi hərbi xidmətdə olan Albaba Xanəliyev 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərə qatılıb və noyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Albaba Xanəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı