Kimlər insan alverinə qarşı mübarizədə maarifləndirmədə mühüm rol oynaya bilər? QHT sədrindən AÇIQLAMA
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlamasında maarifləndirmə işində tanınmış şəxslərin rolunun vacibliyini vurğulayıb.
O qeyd edib ki, cəmiyyətdə tanınan şəxslər, məşhurlar və ya bloggerlər informasiyanın hədəf auditoriyasına çatdırılmasında böyük töhfə verə bilər:
"Əgər tanınmış bir insan müəyyən məsələ haqqında danışırsa, bu, dinləyicilərdə həmin məlumatın doğru və əhəmiyyətli olduğuna dair təsəvvür yaradır. Bu, informasiyanın daha geniş yayılmasında və məqsədyönlü auditoriyaya çatdırılmasında təsirli ola bilər."
Kəmalə Aşumova həmçinin vurğulayıb ki, tanınmış şəxslərlə əməkdaşlığı gücləndirmək maarifləndirmə fəaliyyətlərinin nəticəliliyini artırmağa imkan yarada bilər. Onun sözlərinə görə, müasir dövrdə bloggerlərin sosial media vasitəsilə informasiya paylaşması da maarifləndirmənin effektivliyini artıran vasitələrdən biridir.

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.
Pərvanə Fərhadqızı