Ölümündən sonra adam adının verildiyi şəhərə təxminən 10 milyon avroluq miras qoyub
Rocer Tibervil, heç vaxt ziyarət etmədiyi Tibervil şəhərinə 10 milyon avro miras qoyaraq, 91 yaşında vəfat edib. Şəhərin meri Qay Paris bildirib ki, bu məbləğ bələdiyyənin illik büdcəsini beş dəfə üstələyir.
QHT.az xəbər verir ki, Fransa kommunası indi yeni ibtidai məktəbin tikintisinə sərf edilmiş 400.000 avrodan çox bank kreditini ödəməyə hazırlaşır. Mer deyib ki, vəsaitdən ağıllı və məsuliyyətli şəkildə istifadə ediləcək. Tibervil dövlət qurumu olduğundan vərəsəlik vergisi ödəməyəcək.
R.imanov