Xəbərlər 10.01.2025 10:59 198

“Rəqəmsal bacarıqlar” layihəsi

Məqsəd: Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnmələri, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmalarını təmin etməkdir.

 

Məlumat: Layihə Elm və Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir. 

 

Əhatə dairəsi: Layihə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub.Hazırda layihə ölkənin 57 şəhər və rayonunda 6 min müəllimi, 510 min şagirdi əhatə edir.

 

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsil alır. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı