Təyyarə qəzası qurbanlarının xatirəsi Masallıda anılıb
Təyyarə qəzası qurbanlarının xatirəsi Masallıda anılıb
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür.
Ölkənin bütün ərazisində olduğu kimi, 26 dekabr 2024-cü il tarixdə saat 12:00-da Masallı rayonunun bütün yaşayış məntəqələrində aviaqəza nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, dövlət və özəl müəssisələrdə bayraqlar endirilib.
Rayonun bütün məscidlərində həlak olanların ruhlarına Qurani Kərimdən ayələr tilavət edilib, onların ruhlarına dualar oxunub.
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb və ilkin məlumata görə qəza zamanı təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb, 38 nəfəri isə həlak olub.