Mediatorlar Ankarada Anıtqəbri ziyarət edib - FOTOLAR
Türk Dünyası Arabulucular Birliyinin Beynəlxalq Qurultayında iştirak edən mediatorlar Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Ziyarətdə Azərbaycanı təmsil edən 85 mediatorla yanaşı Türkiyə Cümhuriyyəti də daxil olmaqla, 10 ölkədən olan mediatorlar iştirak edib.
QHT.az xəbər verir ki, ziyarət zamanı Türk Dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.