Yakup Erikel: "Türk Dünyası Mediatorlar Birliyinin 2-ci Qurultayı Azərbaycanda keçiriləcək"
Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel qeyd edib ki, bu barədə Türk Dünyası Mediatorlar Birliyinin Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilən Qurultayında Azərbaycan Respublikasının Mediasiya Şurasının təşəbbüsü ilə qərar qəbul edilib.
QHT.az xəbər verir ki, o bildirib ki, bu Qurultaya Azərbaycan Respublikası Mediasiya Şurasının ev sahibliyi etməsi təşəbbüsü tamamilə dəstəklənib və Qurultay Bakı ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağda da işini davam etdirəcək.
O, Qurultaya Azərbaycanın ev sahibliyi etməsinin bütün Qurultay iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd edib və Mediasiya Şurası İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Nadir Adilova təşəkkür edib.