Xəbərlər 02.12.2024 13:36 188

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Yusif Əliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağından çıxıb. Silahlı erməni quldurlarının Buzluq, Mənəşli, Erkəç kəndlərinə basqınları zamanı kəndlərin müdafiəsində yaxından iştirak edib. O, 1991-ci ilin 14 sentyabr tarixində düşmənin Buzluq kəndinə hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı