Xəbərlər 25.11.2024 16:47 315

"Dünyanı minalardan azad edərək, minalarsız bir dünya qurmaq istəyirik" – Hafiz Səfixanov / FOTOLAR

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov Ottava Konvensiyasına üzv dövlətlərin Beşinci İcmal Konfransının keçirildiyi Kambocanın Siem Reap şəhərində iştirak edir. Konfrans bu gündən başlayır, amma artıq 23-24 noyabr tarixlərində Minalar Əleyhinə Beynəlxalq Kampaniya və Kasetli Silahlar Əleyhinə Koalisiya təşkilatının iki günlük tədbirləri baş tutub.

Bu barədə özü QHT.az -a özəl açıqlamasında bildirib ki, tədbirlərdə kampaniyanın növbəti beş il üçün fəaliyyət planı müzakirə edilib və qəbul olunub. Tədbirə 180-dən çox nümayəndə qatılıb. Kampaniya, dövlətlərarası təşkilat deyil, beynəlxalq səviyyədə fəaliyyət göstərən və dünya ölkələrində yerli təşkilatları olan bir qurumdur. Hafiz Səfixanov, Azərbaycandakı vəziyyətlə bağlı həm tədbirlər zamanı, həm də ayrı-ayrı görüşlərdə ölkənin vəziyyətinə dair məlumat verib. Səfixanov, tədbir iştirakçılarına bəzi hesabat nüsxələrini təqdim edib:

"Dünyanı minalardan azad edərək, minalarsız bir dünya qurmaq istəyirik. 24 noyabrda Kamboca hökumətinin baş naziri səviyyəsində bir tədbir keçirilib. Tədbir, Kambocanın Siem Reap şəhərində, UNESCO-nun mədəni irs siyahısına daxil olan mədəniyyət abidələrinin yerləşdiyi bölgədə təşkil olunub. Yürüşdə 3000-dən çox iştirakçı yer alıb. Həmçinin, bu yürüşün məqsədi dünyanı minalardan azad etmək və minalarsız bir dünya qurmaq idi. Tədbirə Kamboca hökumətinin nümayəndələri, ictimaiyyət, məktəblilər, tələbələr, mətbuat və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Beşinci İcmal Konfransı isə minaların qadağan olunmasını nəzərdə tutan Ottava Konvensiyasının həyata keçirilməsi və minalardan azad dünya məqsədini güdür".

 

Pərvanə Fərhadqızı

QHT.az

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı