Qaçqın və məcburi köçkünlər iqlim dəyişikliyinin ən həssas qruplarıdır - VİDEO
BMT İnkişaf Proqramı (UNDP) Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan qruplara dəstəyini davam etdirir.
QHT.az xəbər verir ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanlar iqlim dəyişikliyinin təsirləri baxımından dünyada ən çox risk altında olan qruplardandır. Onların məskunlaşdığı ev sahibliyi edən icmalar da tez-tez iqlim dəyişikliyinin təsirlərinə məruz qalır.
UNDP-nin verdiyi açıqlamaya görə, bu qrupların himayəsinin daha yaxşı təmin olunması üçün davamlı dəstək zəruridir. Xüsusilə, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması və yaşayış mühitinin dayanıqlı olması üçün maliyyə yardımlarının artırılması vacibdir.
Hazırda qaçqınlara ev sahibliyi edən ərazilər eyni zamanda iqlim dəyişikliyindən ən çox təsirlənəcək bölgələrdir. Əmin olmalıyıq ki, təkcə qaçqınların özləri deyil, onları himayə edən icmalar da dayanıqlı gələcək üçün dözümlülük və uyğunlaşma keyfiyyətlərinə malikdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının iqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi Endryu Harper qaçqınlara göstərilən humanitar yardımın müvəqqəti tədbir olduğunu nəzərə alaraq, inkişaf yönümlü fəaliyyətlərə, iqlimə uyğunlaşan təsərrüfatlara və təhsilə yatırılacaq sərmayələrin əhəmiyyətini qeyd edir.
Daha ətraflı videoda: