"Hüquqlarını dəyərləndir" düşərgəsi çərçivəsində gənclərə hüquqların qorunması üzrə təlim keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Femida Könüllüləri Təşkilatı və Quba 1 saylı Məktəb-Təlim Mərkəzinin təşkilatçılığı ilə “Hüquqlarını dəyərləndir” düşərgəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimdə “İnsan Hüquqları”, “Gender Bərabərliyi”, “Erkən nigah və psixoloji fəsadları”, “Cəmiyyətdə zorakılıq” və “Uşaq hüquq və mənafelərinin qorunması” kimi vacib mövzular üzrə təqdimatlar təqdim olunub, geniş müzakirələr aparılıb.
Təlim zamanı iştirakçılara, həmçinin "Mediasiya nədir?", onun əsas məqsəd və vəzifələri, prinsipləri və inkişaf mərhələləri barədə ətraflı məlumat verilib. Mediasiyanın Azərbaycanda yaranmasından bu günə qədərki statistik göstəriciləri də təqdim edilib. Təlimin sonunda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb, gənclərə hüquqların qorunması və cəmiyyətdə öz mövqelərinin gücləndirilməsi üçün zəruri biliklər aşılanıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi gəncləri hüquqi maarifləndirmək və onları insan hüquqlarının əhəmiyyətinə dair biliklərlə təmin etmək olub.
Pərvanə Fərhadqızı