Xəbərlər 01.11.2024 12:40 1380

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən çox ictimai dinləmə keçirən qurum kimi tanınır - QHT SƏDRİ

Oktyabrın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlik yanında İctimai Şuranın üzvlərinin və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın rolu” mövzusunda ictimai dinləmə keçirilib.

 “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri, QHT.az və İctimaishura.az platformalarının rəhbəri Cəsarət Hüseynzadə  İctimai dinləmə haqqında fikirlərini bildirərək qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox ictimai dinləmə keçirən qurum kimi tanınır. 
 

“Xüsusilə Nazirliyin tabeliyində olan qurumlar da bu ictimai iştirakçılığı təmin etmək üçün şərait yaradır və bu tip müzakirələr regionlarda da mütəmadi olaraq keçirilir. 
Nazirliyin İctimai Şura ilə yanaşı, digər QHT-lərə də açıq olması, paralel müzakirə imkanlarını yaratması xüsusi vurğulanmalıdır. Görüşdə maraqlı təkliflər səsləndirildi və son 5 ildə aparılan köklü dəyişikliklərin ölkəmizin sosial müdafiə siyasətində əldə etdiyi nailiyyətləri aydın şəkildə göstərdiyi qeyd edildi.
Müsbət dəyişikliklər çoxdur və əsas məqam odur ki, bu proses davamlı olaraq inkişaf etdirilir.
Beş il öncə müzakirələrdə əsasən köklü problemlərin aradan qaldırılması ilə bağlı təkliflər verilsə də, bu problemlər artıq aradan qaldırılıb. Hazırda müzakirələrin mərkəzində xidmət keyfiyyətinin daha da artırılması və maksimum xidmət mərhələlərini proaktiv və ya proaktiv formaya yaxın bir formata çevirməkdir.
Bir sözlə, əlçatan və yaxşı təşkil olunmuş xidmətləri daha da mükəmməlləşdirmək və vətəndaş məmnuniyyətini ən yüksək səviyyəyə çatdırmaq əsas hədəflərdən biridir.”

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı