Xəbərlər 29.10.2024 11:05 2118

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “EKO-BREYN” layihəsinə yekun vurulub - FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “EKO-BREYN” – yaşıl yurdum festivalı adlı layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında yeniyetmə və gənclərin iştirakı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual oyun üzrə seçim turları keçirilib.

QHT.az xəbər verir ki, Əsasnaməyə uyğun olaraq Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbini təmsil edən “İstiqlal”, Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbinin “Azadlıq”, Xaçmaz rayonunun Çüləgir kənd tam orta məktəbinin “İntellekt”, Qusar rayonunun Hil kəndini təmsel edən “Qartal”, Qusar şəhər 2 nömrəli tam orta məktəbinin “Gənclər” ikinci, Qusar rayonunun Həzrə kənd tam orta məktəbinin “Həzrə”, Quba rayonunun Qımılqışlaq kəndini təmsil edən “Qımılqışlaq”, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “Carpe Diem”, Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbinin “Turan”, Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin “Zərdabi”, “Quba şəhər 2 nömrəli məktəb-liseyin “İnnavators” komandaları final mərhələsində iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərə dəstək olmaq, ekoloji biliklərin, Azərbaycan coğrafiyasının, flora və faunasının gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu yarışın yeniyetmə və gənclərin ekoloji maariflənməsinin artırılmasında böyük əhəmiyyəti var. Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “Carpe Diem” komandası qazanıb. Quba rayon Zərdabi qəsəbəsini təmsil edən “Zərdabi” biliciləri ikinci, Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbinin “Azadlıq” komandası üçüncü yeri tutub.

Qeyd edək ki, qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı