Xəbərlər 28.10.2024 18:46 1389

"Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımız var" – Mahirə Hüseynova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova "Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabının təqdimatında dəyərli fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, Mahirə Hüseynova Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi. O, Qərbi Azərbaycandan olduğunu və babası İbrahim Mirzəli, tanınmış el ağsaqqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı.
“Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir. O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cırılıb, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm” – deyə professor Mahirə Hüseynova  qeyd edib.

Mahirə Hüseynova kitabdakı məzmunun tarixi faktlara əsaslandığını bildirərək deyib: “Mən hekayələr mövzusunda yaradıcı insanam, lakin "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabındakılar hekayə deyil, həqiqətdir, tarixi faktdır. Burada türkün başına gətirilən oyunlar öz əksini tapıb".

Pərvanə Fərhadqızı
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı