"Layihəmizin uğuru üçün hər kəs dəstək verdi" – Cəsarət Hüseynzadə
Bu gün Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən təşkil olunan "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə bir çox dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
QHT.az xəbər verir ki, tədbir zamanı İctimai Birliyin sədri Cəsarət Hüseynzadə layihənin uğurlarından və geniş dəstək aldığından bəhs edib. O, çıxışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynovaya xüsusi təşəkkürünü bildirib:
"Mən bu layihə çərçivəsində bizim işlə bağlı hara müraciət etdikcə ancaq xoş münasibət gördük. Hamı kömək etməyə çalışdı və bu fürsətdən istifadə edib filmin çəkilişində bizə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, hörmətli Mahirə xanım Hüseynovanın əvəzsiz dəstəyi oldu. Universiteti çəkilişlərin aparılması üçün bütün imkanalr yaradıldı. Çəkilişləri orada, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində etdik".
Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
Pərvanə Fərhadqızı